
İzləyicilərinizi müştəriyə çeviririk
Sosial Media Marketinqi
Sosial media biznesiniz üçün düşündüyünüzdən daha effektiv bir rəqəmsal kanaldır.

Rəqiblərdən seçilməyin vaxtıdır!


















MÜŞTƏRİ, PROBLEM, MƏHSUL, BAZAR, RƏQABƏT
Biznesinizə bağlı SMM xidməti seçin
- PREM Agency icra etdiyi bütün xidmətlərdən öncə biznesi araşdırır, öyrənir.
- Dinamik və vizual hesabatlar ilə bütün inkişafı addım-addım görün.



10million+
50+ Insurance
Claims
Tam Dəstək
Bütöv bir komanda biznesinizi böyütmək üçün vuruşacaq!
Komandamızda biznesin təşkili və inkişafı, ənənəvi və rəqəmsal marketinq üzrə mütəxəssislər var. Onların təcrübələrindən istənilən vaxt istifadə edə bilərsiniz.
Komandaya daxildir:
- Biznesin təşkili və inkişafı üzrə konsultant
- Rəqəmsal marketinq üzrə mütəxəssis
- SMM menecer
- Account menecer
Günlük sosial media postlarınızdan tutmuş vebsaytınız üçün bloq yazılarına qədər bütün istiqamətlərdə kontentiniz gözoxşayan olmalıdır! Çünki siz bizim tərəfdaşımızsınız! 🙂
Komandamız dizayn istiqamətində istənilən ehtiyacınızı tam təmin edə bilər.
Bura motion dizayn, 2D və 3D animasiyalar və 3D obyektlərin, habelə maskotların hazırlanması da daxildir.
TAM DƏSTƏK
Bütöv bir komanda biznesinizi böyütmək üçün vuruşacaq!
Komandamızda biznesin təşkili və inkişafı, ənənəvi və rəqəmsal marketinq üzrə mütəxəssislər var. Onların təcrübələrindən istənilən vaxt istifadə edə bilərsiniz.
Günlük sosial media postlarınızdan tutmuş vebsaytınız üçün bloq yazılarına qədər bütün istiqamətlərdə kontentiniz gözoxşayan olmalıdır! Çünki siz bizim tərəfdaşımızsınız! 🙂
Komandamız dizayn istiqamətində istənilən ehtiyacınızı tam təmin edə bilər.
Bura motion dizayn, 2D və 3D animasiyalar və 3D obyektlərin, habelə maskotların hazırlanması da daxildir.
Niyə bu qədər sevilirik?
Əməkdaşlıq etdiyimiz bütün sahibkarlar bizdən razı qalırlar. Bəli, hər biri! Çünki onlara bizi sevmək üçün onlarla səbəb veririk.
Şəffafıq.
Atdığımız hər addımda sizi izahlı formada məlumatlandırırıq.
Biliyi paylaşırıq.
Bilməli olduğunuz bütün məlumatları, hətta daha artığını sizinlə paylaşırıq.
Qoruyuruq.
İstənilən məqamda biznesinizin maraqlarını qoruyuruq. Digər icraçıların məlumatsızlığınızdan istifadə etməyinə qəti imkan vermirik.
Hissləri bölüşürük.
İndiyə qədər irili-xırdalı onlarla sahibkarla çalışmışıq. Bazarın və rəqabətin çətin vaxtlarında tam dəstəyimizi hiss etdiririk.
Qazandırırıq.
Uzun sözün qısası, indiyə qədər bizimlə əməkdaşlıqdan qazanc əldə etməyən heç bir sahibkar olmayıb.
Davamlıyıq.
Fərqimiz, keyfiyyətimiz və nəticələrimiz daimidir və davamlıdır. Müştərilərimizi hər dəfə təəccübləndirmək bizim üçün işimizin bir hissəsi kimidir.
Sevdiyimiz işi görürük,
Gördüyümüz işi sevirik!

ETİBARLI TƏRƏFDAŞ
Nəticə görməsəniz, ödənişinizi geri qaytarırıq!
Bizi seçmək üçün 100 səbəbin arasına birini də əlavə etdik!
*PREM Agency müştərilərinə “Moneyback” qarantiyası verən ilk agentlikdir.
PROSES
Aşağıdakı qaydada işləyirik
Tanışlıq
Ehtiyac və hədəflərinizlə tanış oluruq.
Planlama
Hədəflərə doğru addım-addım strategiya hazırlayırıq.
İcra
Plan üzrə işləri bir-bir icra edirik.
Analiz
Aldığımız nəticələri analiz edib növbəti addımları planlayırıq.
Onlar satışları bizimlə artırırlar:









SMM xidməti - Sosial Media Marketinqi
SMM xidməti niyə bu qədər önəmlidir?
Sosial Media Marketinqi (SMM) xüsusilə kiçik və orta bizneslər üçün əvəzolunmaz marketinq kanalı hesab olunur. Başqa hansı kanal sizə $2-a reklam ilə 1000-5000 istifadəçiyə çatmaq imkanı yaradır? Bəli, heç biri.
SMM xidmeti özündə Facebook, Instagram, Linkedin, Twitter, Pinterest, TikTok və s kimi sosial media platformalarını birləşdirir. Günümüzdə bizneslər sosial media marketinqindən 2 istiqamətdə istifadə edirlər:
1. Sosial varlığı təmin etmək: Bu bizneslər adətən sosial media kanallarından heç bir formada gəlir güdmürlər. Çünki ehtiyacları yoxdur. Lakin günümüzdə sosial şəbəkələrin əhatə dairəsini nəzərə alsaq, onlar istənilən halda bu platformalarda öz varlıqlarını təmin etməlidirlər. Siz də razılaşarsınız ki, bəzən hansısa şirkət haqqında araşdırarkən sosial hesablarına da bir göz atmaq hamımızın könlündən keçir. SMM fəaliyyətlərini sırf sosial varlıqlarını təmin etmək üçün istifadə edən bizneslərə ən bariz nümunə isə FedEx-dir. Bir onların Instagram səhifələrinə baxın. Heç bir satış yönümlü post yoxdur. Sanki hesablarını sadəcə “Hey! Biz də buradayıq!” demək üçün açıblar.
2. Satış kanalı kimi: Əksər bizneslər öz SMM fəaliyyətlərini satışları artırmaq üçün istiqamətləndirirlər. Bu hissədə rəqabət təsəvvür edə bilməyəcəyiniz qədər güclüdür. Müştəriləriniz sizi axtardıqda onların qarşısına çıxmaq üçün tam hazır olmalısınız.
SMM xidməti kimlər üçündür?
İstənilən biznes və ya ictimai fiqur SMM xidmeti ilə öz sosial əhatəliliyini artıra və müsbət nəticələr əldə edə bilər. Hətta deyərdik ki, istənilən şirkət (kiçik, orta və ya böyük), qeyri-kommersiya təşkilatları, habelə fiziki mağazası mövcud olmayan bizneslərin sosial mediada varlıqları zəruridir. Çünki SMM nəinki satışları artırmaq, həm də brend formalaşdırmaq üçün kifayət qədər effektiv vasitədir.
SMM xidmeti ilə müştərilər necə əldə edilir?
Sosial media marketinqi kifayət qədər detallı və çoxşaxəli prosesdir. Əvvəlcə biznesinizi lap kökündən öyrənməyə başlayırıq. Bu hissədə qarşımıza qoyduğumuz əsas suallar bunlardır:
- Biznes hansı problemi həll edir?
- Problemi kimlər yaşayır? Hədəf kütləni təyin edirik.
- Bazarda hansı alternativ və ya birbaşa həllər (rəqiblər) var?
- Rəqiblərlə müqayisədə hansı zəif və üstün cəhətlərimiz var?
- Rəqabət üstünlüyümüz var? Varsa, nə(lər)dir?
Komandamızda biznes və ənənəvi marketinq təhsili və təcrübəsi olan mütəxəssislər olduğu üçün işə düzgün suallar ilə başlayırıq.
Daha sonra kontent strategiyanızı, biznesinizin səs tonunu və dizayn dilini təyin edərək ilk postlarınızı hazırlamağa başlayırıq.
Postlar heç də təsadüfi ideyalar ilə hazırlanmır. İzləyici kütlənizi 4 əsas qrup altında görürük:
- Məhsul və ya xidmətiniz haqqında ilk dəfə eşidənlər
- Onunla maraqlananlar
- Onu arzulayanlar/ istəyənlər
- Onu almaq qərarı verənlər
Beləliklə, aşağıdakı hadisələrin hamısı baş verir:
- Brendiniz daha çox insan tərəfindən tanınmağa başlayır.
- Hədəf kütlənizdəki şəxslər təklifinizi və üstünlüklərinizi aydın formada öyrənirlər.
- Daha çox istehlakçı mövcud təkliflər arasından məhz sizin təklifinizi seçməyə başlayır.
Elə indi aşağıdakı düyməyə klikləyin və öz biznesiniz üçün individual məsləhətlər əldə edin, özü də ödənişsiz!