HomeFAQ

FAQ

Tez-tez verilən
suallar

Digər agentliklərdən fərqiniz nədədir?

PREM individual yanaşma ilə hər biznes üçün xüsusi hazırlanmış plan üzrə fəaliyyət göstərir. Müxtəlif bizneslərdə eyni yanaşmanın əleyhinəyik.

Əməkdaşlığa başlamaq adətən neçə gün vaxt alır?

Bu müddət adətən 5-15 gün arasında dəyişir.

Niyə müxtəlif agentliklərdə qiymətlər arasında fərq bu qədər çoxdur?

Müxtəlif agentliklər tərəfindən təklif olunan qiymətlər adətən ixtisaslaşma və təcrübəyə görə fərqlənməkdədir.

Məsələn, 250AZN və 1500AZN kimi qiymətləndirilmiş iki müxtəlif xidmət mütləq ki, eyni dərəcədə effektiv və detallı deyil.

Rəqəmsal agentliklərdən təklif alarkən verilən xidmət haqqının qarşılığında əldə edəcəyiniz üstünlükləri ətraflı formada anladığınızdan əmin olun.

PREM göstərəcəyi xidmətlər və onun detalları barədə daim şəffaf və dürüstdür. Təcrübəmiz göstərir ki, sahibkarlar bu mövzuda tez-tez aldadılırlar.

PREM hansı xidmətləri təklif edir?

Biz Rəqəmsal Marketinq və Performans agentliyiyik. Xidmətlərimizə SEO, PPC reklamları, Sosial Media, Kontent Marketinqi, Rəqəmsal Strategiya və Data & Analitika daxildir. 

Hər biznesin ehtiyacına uyğunlaşa bilən çevik rəqəmsal marketinq təklifləri verməkdəyik.

İstənilən xidməti ayrılıqda təklif edə bilməkdəyik.

Stratejik olaraq paralel fəaliyyəti təmin etmək üçün Kompleks Rəqəmsal Marketinq xidmətimizdən də istifadə edə bilərsiniz.

Kompleks Rəqəmsal Marketinq xidmətimiz haqqında ətraflı buradan oxuyun.

Niyə komandamıza rəqəmsal marketinq mütəxəssisi cəlb etmək əvəzinə PREM ilə əməkdaşlıq edək?

Özümüzü daxili komandanızın əlavəsi kimi görməyə üstünlük veririk. Onların daxildə təklikdə yarada bilmədiklərini yaratmaq üçün dəstək vermək əsas məqsədimizdir.

Rəqəmsal strategiya ekspertimizin dəstəyi ilə komandamızın müxtəlif üzvlərinin işinin şirkətinizin hədəfləri ilə üst-üstə düşdüyündən əmin oluruq.

Rəqəmsal marketinq proyektlərində hər hansı əlavə və ya gizli xərc var?

Xeyr, PREM-də heç vaxt gizli xərclər olmur. Xidmət haqqımız öncədən bəyan edilir.

 

Qeyd edək ki, müxtəlif platformalardakı reklam xərcləriniz xidmət haqqına daxil edilmir. Bu, sektor standartıdır.

Hesablarımızda kimlər işləyəcəklər?

Bir komanda üzvümüz xüsusən sizinlə gündəlik əlaqə saxlamaq və hesablarınızı idarə etmək üçün ayrılır. Bundan əlavə, ümumi rəqamsal strategiyanızı sizinlə çalışmaq üçün strategiya eksperti də ayrıla bilər.

 

Layihədən asılı olaraq,  digər mütəxəssislər də hesablarınız üzərində güclərini birləşdirə bilərlər. PREM kimin hansı işləri gördüyü barəsində daim açıq və şəffafdır.

PREM vebsaytımızda hansı işlərin və hansı səbəbə görüldüyünü bizimlə paylaşır?

Daim. İşimizdə şəffaf olmağımızla qürur duyuruq. Vebsaytınızda nələri nə cür dəyişdiyimizi və səbəbləri izah etməyə daim vaxt ayırırıq.

İşlər həmişə PREM-in daxili komandası tərəfindən yerinə yetirilir?

Bəli, təklif etdiyimiz bütün xidmətlər PREM-in daxili komandası tərəfindən hazırlanır. Ehtiyac olarsa, şəbəkəmizdə olan müxtəlif mütəxəssis və ekspertləri layihənizə cəlb etməyimiz istisna olunmur.

Biznesim ölkədən xaricdə yerləşir. Bu, işlərə maneə ola bilər?

Fəaliyyət sahəmizi nəzərə alsaq, biznesinizin harada yerləşdiyinin əksər hallarda əhəmiyyəti yoxdur. Faktiki olaraq, hazırda bir neçə beynəlxalq şirkətlərlə əməkdaşlıq etməkdəyik. 

 

Kommunikasiyaya gəldikdə isə, yerli müştərilərimizlə mümkün qədər tez-tez üzbəüz görüşlər təyin etməyə üstünlük veririk. Nisbətən uzaqda olan müştərilərimizə isə mütəmadi zənglər edirik. Bundan əlavə, sizi görmək üçün rüblük və ya illik olmaqla səyahətlər təşkil edəcəyik.

PREM biznesimizi necə anlayacaq?

Biznesinizi anlamaq bizim üçün yəqin ki, ən vacib məsələlərdən biridir. Sizi və biznesinizi tanımaq üçün çox ciddi vaxt ayırırıq ki, mümkün ən effektiv strategiya və ideyalarla gələ bilək.

 

Bunu əməkdaşlığımızın başlanğıcında təyin etdiyimiz “start” görüşlərində siz və komandanızla həmsöhbət olmaqla edirik. Bu görüşdə biznesinizi və təqdim etdiyiniz məlumatları analiz etməklə mümkün qədər çox məlumat əldə etməyə çalışırıq.

 

Habelə, fəaliyyət göstərdiyiniz sənayeni, daxildən və kənardan gələn məlumatları analiz etməklə araşdırmalar aparırıq. Rəqamsal kanallarda hədəf kütlənizi “dinləyirik” və onların biznesinizdən gözləntilərini müəyyənləşdiririk. Nəhayət, rəqibləriniz və onların rəqəmsal fəaliyyətlərinə detallı baxırıq.

 

Bütün bunlar biznesinizi və içində olduğunuz sənayeni anlamaq üçün bizə kömək edir. Biznesiniz Bakıda yerləşirsə, hər ay müəyyən saat ərzində ofisinizdən də işləyirik. Beləliklə, biznesinizi və müştərilərinizi dərindən anlamaq və müşahidə fürsətimiz yaranır.

Biznesimizi və fəaliyyət sahəmizə bələd olmadan PREM necə kontent yarada bilər?

Kontent marketinq üzrə çox təcrübəli mütəxəssislərlə çalışırıq. Onlar əvvəlcə biznesinizi, fəaliyyət sahənizi, hədəf kütlənizi və kontentinizin məqsədlərini anlamaq üçün araşdırmalara vaxt ayırırlar.

 

Kontent yazarkən mövcud ən yaxşı 5 ödənişli alətdən istifadə edirik ki, heç bir detal gözümüzdən yayınmasın. Əlavə olaraq, daim sizdən məlumatlar alırıq ki, doğru istiqamətdə olduğumuzdan əmin olaq.

 

Marketinq üçün hazırlanmış kontent adətən jarqonlar istifadə edilmədən anlaşıqlı formada təqdim olunarsa, daha yaxşı nəticə göstərir. Müştərilərimiz üçün hazırladığımız bəzi kontent nümunələrini sizinlə paylaşmaq istəyirik. Baxmaq üçün buraya klikləyin.

İşlərin effekti nə zaman hiss olunmağa başlayır?

Bu, istifadə etdiyiniz rəqəmsal kanallar, rəqabət çətinliyi, büdcəniz və bizimlə çalışmağa başladığınız anda rəqəmsal kanallarınızın vəziyyətindən asılı olaraq dəyişir.

 

Ümumi qayda olaraq, ilk 3 ay ərzində onlayn aktivliyinizdə və əsas performans göstəricilərində artan performansı görməyə başlamış olmalısınız. Buna əsas səbəb ilk üç ayın rəqəmsal strategiya formalaşdırmaqda və uzunmüddətli dövr üçün sağlam bünövrə qoymaqda ilk addım olmasıdır.

Reklamlara fokuslanan layihələrdə isə nəticələr ani alındığı üçün dəyişikliklər ani hiss olunur.

Nəticələr hansı sıxlıqla paylaşılır?

Hesabatlar hər ayın sonunda göndərilir. Hesabatlarda əsas göstəricilərlə yanaşı sadə dildə onların mənaları və nəticələr müştəriyə izah olunur. Meneceriniz hər hesabatın üzərindən sizinlə birlikdə keçərək sizə bütün data və performans metriklərini izah edir. 

 

Bəzi hallarda sizdən əlavə məlumatlar istəyə bilərik. Adətən, təqdim etdiyimiz hesabatlar bizim işimizin layihəyə göstərdiyi təsirin ölçüsüdür. Bu rəqəmləri sizin məlumatlarla birləşdirdikdə isə əsl təsiri ölçmək mümkün olur.

PREM-də yeni müştərinin qarşılaması prosesi necədir?

Addım 1: Ehtiyac və tələblərinizi anlamaq üçün ödənişsiz konsultasiya təyin olunur. Sizə kömək edə bilib-bilməyəcəyimizi aydınlaşdırırıq.

Addım 2: Həmtəsisçilərimizdən biri sizinlə üzbəüz və ya video konferans formatında görüş təyin edərək əməkdaşlığın detallarını müzakirə edir.

Addım 3: Xidmət detalları və xidmət haqqı daxil olmaqla təklif göndərilir.

Addım 4: İrəliləmək üçün qərar verirsiniz.

Addım 5: Hər iki tərəfin imzaladığı müqavilə hazırlanır.

Addım 6: Layihənin “start” görüşü üçün daxili komanda ilə vaxt təyin olunur.

PREM daim şəffaf və dürüst fəaliyyət göstərir. Rəqəmsal agentliklə əməkdaşlığın anlaşıqlı və asan olmalı olduğuna inanırıq. Nəyi necə etdiyimiz haqqında heç bir sualınızın olmamalı olduğunu düşünürük.

Elə ona görə də tez-tez verilən sualların siyahısını yaradırıq. Bu hissə sizə xidmətlərimizin detalları və bizimlə əməkdaşlıqdan gözləntilər haqqında sistemli məlumat vermək üçün dizayn olunmuşdur.

Mümkün qədər çox sualı əhatə etmək üçün əlimizdən gələni etdik. Hələ də suallarınız varsa, bizimlə əlaqə yaratmaqdan çəkinməməyinizi xahiş edirik.

Hələ də sualınız var?

Bizə sorğu göndərin, sualınızla bağlı 24 saat ərzində sizə geri dönək.

Qeyd: Bütün xanaları doldurun və məlumatların düzgünlüyünü yoxlamağı unutmayın.
close

Email ünvanında faydalı yazılar istəyirsən? 🚀⭐️

Abunə ol və ilk sən oxu!

Məxfilik siyasətimizlə burada tanış olun.