Sosial Mediadan gələn gəlirləri necə hesablamalı?

İstər biznes sahibləri, istərsə də sosial media mütəxəssislərinin marağında olan ən ali göstərici qoyulan investisiya qarşılığında əldə olunan gəlirlərdir. Onların hər ikisi bu göstəricini düzgün ölçməyi bacarmalıdırlar.

Bunu bilməyin əsas faydası isə hansı rəqəmsal kanalların və ya sosial platformaların biznesiniz üçün nə qədər gəlirli olduğunu ölçə bilməyinizdir.

Sosial media marketinq strategiyasının önəmli bir hissəsidir və sosial media üzərindən alış-veriş funksiyalarının da aktivləşdiyi dövrdə onların təsiri və effekti getdikcə artmaqdadır.

Bu yazımızda sizə ROI nədir və onu artırmağın üsullarını ötürəcəyik.

Sosial mediada ROI nədir?

Əvvəlcə, aydınlaşdıraq ki, ROI nədir? İngilis dilində açılışı Return On Investment olan terminin dilimizdə mənası İnvestisiyadan Gələn Gəlir deməkdir.

Sosial mediadan gələn gəlirləri hesablamaq üçün düstur belədir:

(gəlir – qoyulmuş investisiya) / qoyulmuş investisiya * 100

Marketoloqların 34%-i sosial platformalardan gələn gəlirlərini düzgün ölçdüklərindən əmin olmadıqlarını bildirir.

Statista

ROI-nin hesablanma qaydası biznesin əsas performans göstəricilərindən asılıdır. Performansınızı hansı göstəricilərə görə ölçürsünüz? 

Bunlar sırasında seçə biləcəyiniz bir neçə metrik (göstərici) var. Onlardan bəziləri bunlardır:

  1. Yeni izləyicilər
  2. Click-through rate
  3. Conversions
  4. Lid sayı
  5. Yüklənmə sayı

Ən çox istifadə olunan metriklər isə bunlardır:

Engagement (İnteraktivlik) – Ən çox istifadə olunan və ən dəyərli metriklərdən biridir. Bu metrik sizə sosial mediadakı hesablarınız və brendinizlə qarşılıqlı əlaqədə olan istidafəçilərin sayını göstərir. Altimeter araşdırması göstərir ki, kontent üzrə rəhbər şəxslərin üçdə birindən böyük bir hissəsi üçün engagement (interaktivlik) ən önəmli göstəricidir. İnteraktivlik dedikdə bura rəylər, bəyənmələr, paylaşmalar, yadda saxlamalar, teqlər və s daxildir.

Reach (əhatə, əlçatanlıq) – Bu metrikə sosial mediada sizi görən hər kəs daxildir. Əsas məqsədi isə kontentinizin nə qədər böyük kütləni əhatə etdiyini, ümumilikdə neçə unikal şəxsə göstərildiyini təyin etməkdir. İnteraktivliklə müqayisədə əlçatanlığı (reach) ölçmək çətindir, çünki postlarınızı görən hər kəsi hesablayır.

Lidlər – Lid dedikdə, izləyicilərinizdən aldığınız şəxsi məlumatlar nəzərdə tutulur. Bura əlaqə nömrəsi, email adresi və s daxildir. Sosial media lidlərin toplanmasında önəmli paya sahibdir. Ona görə də lidlərin hansı kanallardan daha çox toplandığı və hansı tip kontentlə daha effektiv toplandığını ölçmək vacibdir. Lidlərin sayını düzgün ölçdüyünüzdən əmin olun. 

Konversiya, Çevrilmə (Conversion) – Sosial media platformalarına xeyli pul və zaman ayırırsınızsa, onların hansı səviyyədə konversiya verdiklərini də bilməlisiniz. Bunu etmənin ən rahat yolu linkləri izləməkdir. Linkləri izləmək asan deyil və yalnız təcrübəli mütəxəssislər bunu dəqiq və səlis formada bacarır. Bu etapda təcrübəli rəqəmsal marketinq mütəxəssisləri ilə işlədiyinizdən əmin olun.

Sosial mediada ROI-ni necə izləyim?

ROI ölçmək üçün lazımi göstəriciləri təyin etdikdən sonra ROI ölçmək üçün sistem hazırlamaq lazımdır.

  • Bunun ən asan üsulu Google Analytics-də hədəflər (goals) təyin etməkdir. Hədəflər yaradın və hadisələri izləyin (event tracking).
  • Əgər bəyənmə, paylaşma və teqləri də izləmək istəyirsinizsə, bəzi ödənişli platformalardan istifadə edə bilərsiniz. 
  • Daim aylıq hesabatlar hazırlayın və rəqəmlərin dəqiqliyindən əmin olun. Bu, gələcəkdə müqayisələr üçün çox önəmlidir.

Vebsaytınızdakı hərəkətlərə qiymət təyin edin.

Bəli, bu mümkündür. Bunun ən yaxşı yolu isə əlinizdə olan datalara əsaslanmaqdır. Deyək ki, məhsulunuzun və ya xidmətinizin səhifəsinə daxil olan və ya zəng edən hər 10 nəfərdən biri müştəriyə çevrilir və 1 müştəridən əldə etdiyiniz mənfəət 100 manatdır. Belə olan halda, 1 nəfərin səhifənizə ziyarətinin və ya “Zəng et” düyməsinə klikinin biznesiniz üçün dəyəri 10 manatdır.

Digər bir üsul isə təxmin etməkdir. Əlbəttə, bu elə də etibarlı üsul olmasa da, əlinizdə data yoxdursa, başqa yolunuz qalmır. 

Mümkün qədər realistik rəqəm çıxartmaq üçün vebsaytınızdan edilən ortalama alış-verişin məbləğini reklamlarda hər klik üçün xərclədiyiniz məbləğə bölə bilərsiniz. Bu sadə metod sizə mümkün qədər real rəqəm əldə etməyə kömək edəcək. 

Qeyd: Əlinizdə real data toplandıqca mütləq həmin rəqəmə yenidən baxın.

Sosial mediaya olunan investisiyanı necə dəqiq hesablamalı?

Sosial mediaya yatırdığınız investisiyanı dəqiq hesablamaq üçün kontent və reklamlarınızı həm yaratmaq, həm də icra etmək üçün sərf olunan resursları ölçmək vacibdir.

Sizin vaxtınız və ya marketinq komandanızın vaxtı – Reklam və postları tərtib etmək kifayət qədər vaxt alır. Sosial platformalara sərf etdiyiniz vaxtı hesablamaq məsləhət görülür.

Ödənişli alətlər – Aylıq əsaslarda ödəniş etdiyiniz premium rəqəmsal marketinq alətləriniz varsa, mütləq xərclərə əlavə edin.

Sosialda xərclənmiş reklam – Həftəlik və ya aylıq olmaqla hesablaya bilərsiniz.

Kontentin yaradılması – Qrafik dizayner və ya kopirayterlər üçün xərclənmiş ödənişləri hesablayın. Kontenti özünüz yaradırsınızsa, Adobe Photoshop lisenziyası kimi ödənişləriniz ola bilər.

Agentliklər – Şirkətinizin marketinq əməkdaşları bir çox şirkət kimi agentliklərlə paralel işləyirsə, həmin agentliklərə olunan ortalama ödənişi nəzərə almaqda fayda var.

Sosial mediada ROI artırmaq üçün tövsiyələr

Sosial media platformalarında investisiyadan gəlirləriniz nə qədər olsa da, onu artırmaq həmişə mümkündür!

  • Hədəf kütlənizi başa düşün – Sosial mediada uğur qazanmağın və yüksək ROI əldə etməyin fundamental şərtlərindən biri hədəf kütlənizi izləmək və onları anlamaqdır. Hansı sosial hesablarınızda hansı növ kontent ilə hansı hərəkətlər etdiklərini mütəmadi analiz edin. Əgər yoxdursa, elə indi hədəf kütlə personasını yaradın!
  • Yaratdığınız kontentə diqqətlə yanaşın – Sosial mediada həddən artıq kontent mövcuddur və arada seçilmək çox çətindir. Odur ki, əsas kəmiyyət deyil, keyfiyyətdir. Bir həftə ərzində 10 ədəd zəif kontent yaratmaq əvəzinə 1 ədəd güclü kontent yaradaraq daha çox satış edə bilərsiniz.
  • Sosial mediadan lidlər əldə edin – Statistik olaraq, şirkətlərdə marketinq büdcələrinin təxminən 15%-i sosial media platformalarına ayırılır. Bu kifayət qədər böyük paydır və bu hissə sizə müəyyən qədər müştəri və müştəri məlumatları verməlidir. Mütləq müştərilərdən şəxsi məlumatlar almağınızı təmin edən strategiyalar formalaşdırın.
  • Test və optimizasiyalar edin – Orqanik kontentlərinizdə müxtəlif formatlardan, başlıqlardan, mesajlardan, vizuallardan və ya təkliflərdən istifadə etməklər daha effektiv yolları kəşf edin. Reklamlarınızda isə müxtəlif reklam tiplərindən və hədəf kütlələrdən istifadə etməyi yoxlamaqda fayda var. Səhvlər etməkdən isə çəkinməyin.
  • Sosial media profillərinizə diqqət yetirin – Unutmayın ki, sosial hesablarınız insanlarda sizin haqqınızda ilkin təəssüratı formalaşdırır. Müxtəlif platformalarda istifadə etdiyiniz vizuallar və yazılara yenidən göz gəzdirin, profilinizin hissələrində uyğun düzəlişləri edin.
  • İnfluenserlərlə çalışın – İnfluenserlərin sosial media platformalarında güclü təsirləri var. Üzərinizə düşən yeganə iş isə brendinizə və hədəf kütlənizə uyğun gələn influenserləri tapmaq və onlarla əməkdaşlıqda razılaşmaqdır.
  • Sosial media platformaları və müştərilərinizdə yaranan trendləri izləyin – Sosial medialar daim eyni qalmırlar. Müştərilərin və istifadəçilərin ehtiyacları və davranışları dəyişdikcə platformalar da öz növbəsində yeni funksionallıqlarla yeniliklər təqdim edirlər. Hootsuite Sosial Trendler 2022 hesabatında 2020-2021-ci illər arasında sosial mediaların biznes hədəflərinin əldə olunmasındakı effektivliyində dəyişiklikləri ölçüb. Aşağıdakı şəkillərdə müxtəlif platformalardakı performans dəyişikliklərinə göz gəzdirin.
  • Medianı unutmayın – Sosial mediada reklamlarınızı daha böyük kütlələrə çatdırmağın digər yolu isə media kanallarıdır. Bəzi biznes növləri üçün media kanallarının hesabları uyğun kütlələrə sərfəli çıxış yolu təklif edə bilər. Çox Maraqlı xəbərlərinizi onlar vasitəsilə ötürə və ya onları postlarınızda işarələyə bilərsiniz.

Bütün bunlar və digər məsələləri əhatə edən rəqəmsal marketinq həlləri üçün PREM Agency ilə əməkdaşlıq edə bilərsiniz. Elə indi bizimlə ödənişsiz konsultasiya üçün vaxt götürün və xidmətlərimizlə tanış olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *