Şirkətlər ehtiyaclarını qarşılamaq üçün mümkün ən optimal həlləri axtarırlar. Optimal dedikdə mümkün ən yaxşı nəticəni mümkün qədər az vəsait qarşılığında təmin etməyi nəzərdə tuturuq.
Bu məqamda ən yaxşı üsullardan biri autsorsinq (oursoursing) etməkdir. Autsorsinq dedikdə şirkətə lazım olan xidmətləri işə yeni əməkdaş cəlb etmək əvəzinə bu xidmətləri onları təklif edən digər şirkətlərdən almaq başa düşülür.
Bu xidmətlər arasında ən tez-tez rast gəlinən xidmətlərdən biri də rəqəmsal marketinq xidmətləridir. Bura SMM (Sosial Media Marketinqi), SEO (Axtarış Motorları üzrə Optimizasiya), Email marketinq və s kimi xidmətlər daxildir.
Bəs niyə daxili əməkdaş yox, autsorsinq?
1. Təcrübə fərqi
Sosial media marketinqi üzrə ixtisaslaşmış namizədlər tapmaq çox çətindir. Hətta agentliklər özləri də bu mütəsəssisləri axtararkən bəzən aylarla əziyyət çəkirlər.
Maraqlıdır ki, bu gün əmək bazarında bu ixtisas üzrə iş axtaranların sayı 100-lərlə ölçülsə də, onların mütləq əksəriyyəti müəyyən onlayn mənbələrdən irili-xırdalı kursları bitirərək bu sahəyə başlamışlar.
Onlar işlədikləri şirkətlərdə adətən 300-500 manatdan başlayan əmək haqqları ilə çalışsalar da, qısa müddət ərzində işdən azad olunurlar.
Səbəb isə sadədir.
Marketinqin, eləcə də rəqəmsal marketinqin əsas funksiyası satışların artışına tövhə verməkdir. Müəyyən müddətdə nəzərə çarpan heç bir nəticə verə bilməyən bu yoldaşlar nəticə etibarilə sahibkarların puluna və vaxtlarına ziyan vurmuş olurlar.
Pulu geri qazanmaq mümkündür, bəs zamanı?
2. Tam komanda
Agentliklə işləyərkən siz əslində bütöv bir komandanı öz işlərinizə cəlb etmiş olursunuz. Onlar adətən aşağıdakılardır:
1. Rəqəmsal marketinq üzrə mütəxəssis (1500-2500 azn)
2. Kopirayter (800-1200 azn)
3. Art direktor (1500-2500 azn)
4. Motion dizayner (1000-2500 azn)
5. Qrafik dizayner (750-1500 azn)
6. Developerlər (1000+ azn)
7. Fotoqraf/ Videoqraf (750-1500 azn)
Beləliklə, həm bütün işlərinizi bir komandadan alırsınız, həm də vaxtınıza və büdcənizə böyük qənaət edirsiniz. Üstəlik komanda üzvlərini və prosesləri siz idarə etməli deyilsiniz!
3. Sosial media alətləri, trendlər və yeniliklər
Bir çox sosial media agentlikləri daha detallı məlumatlar və geniş imkanlar əldə edə bilmək üçün ödənişli premium alətlərdən istifadə edirlər. Onlar həmişə trendləri, alqoritmik və funksional yenilikləri yaxından izləyirlər.
Bu tip rəqəmsal marketinq alətlərinin bəziləri ödənişsiz olsalar da, bəzi olmazsa-olmaz alətlərin aylıq abunəlik haqqları $50-dan başlayır və ortalama $100-200 həddində dəyişir.
4. Minimum stres
Marketinq böyük stresdir, çünki böyük məhsuliyyətdir.
COVID-19 ilə bağlı karantin müddətində iflas olmaq ərəfəsində olan bir şirkət ilə əməkdaşlığa razılaşmışdıq. Nəticələri gücləndirmək üçün cəmi 3 ay vaxtımız var idi. Təsəvvür edin bu nə qədər böyük yükdür.
Xoşbəxtlikdən, işimizin öhdəsindən gələ bildik və həmin şirkət hələ də fəaliyyətini davam etdirməkdədir.
Odur ki, professional kadrlarla işləmək üzərinizdəki stresi 100% aradan qaldırmasa da, ən azından tək olmadığınızı hiss etdirə bilər.
5. Daha az xərc, daha çox qazanc
Təcrübəli agentlik ümumi xərclərinizi bir neçə nöqtədə azalda bilər.
1. Əmək haqqları
2. DSMF və s. kimi əlavə xərclər
3. Reklam xərcləri
Eyni zamanda gəlirlər də bir neçə nöqtədə arta bilər.
1. Qənaət olunmuş vəsait
2. Effektiv reklamlar nəticəsində artan satışlar
3. Kreativ ideyalar nəticəsində cəlb olunmuş müştərilərdən gələn gəlirlər
BONUS: Agentliyin işini necə ölçməli?
SMM agentliyiniz effektiv işləyirmi? Hazırda SMM və SEO işləri üçün daxili komandanız və ya əməkdaşlıq etdiyiniz agentlik var və işlərin effektivliyini öyrənmək istəyirsinizsə, Rəqəmsal Audit xidmətimizdən istifadə edin.
Rəqəmsal Audit xidməti çərçivəsində PREM Agency bütün rəqəmsal kanallarda görülən işləri detallı audit edərək sizə obyektiv hesabat təqdim edir. Hesabat özündə mümkün bütün müsbət və mənfi məqamları birləşdirir.
Agentlik axtarışındasınız? Elə indi ödənişsiz konsultasiya üçün klikləyin və 30 saniyədə bizimlə görüş təyin edin.