Vebsayt adresimiz belədir: www.prem.agency
Prem Rəqəmsal Marketing Agentliyi öz vebsaytı vasitəsilə heç bir məlumatınızı gizli formada götürmür. Sizdən yanlız vebsaytdan istifadə zamanı və xidmətlər üçün sorğu göndərərkən müəyyən məlumatlarınız soruşula bilər. Bu məlumatlara ad, soyad, telefon nömrəsi, email ünvanı və s kimi məlumatlar daxildir. Daxil etdiyiniz məlumatlar ancaq və ancaq sizə bildirilən istiqamətdə istifadə edilmək üçün istifadə edilir. Email ünvanı və telefon nömrələriniz isə arzu etdiyiniz təqdirdə bildiriş, yenilik və fürsətlər haqqında mesajlar ünvanlanması üçün, bundan əlavə reklamların tənzimlənməsi məqsədi ilə istifadə oluna bilər.
İstifadəçi vebsaytda rəy yerləşdirərkən onun haqqında rəy blankında göstərilən məlumatlar toplanılır. Bundan əlavə, ziyarətçinin IP adresi və brauzerin user agent string-i də spamları təsbit etmək məqsədi ilə toplanır.
Email adresinizdən yaradılmış və anonimləşdirilmiş string xidmətdən istifadə edib-etmədiyinizi aydınlaşdırmaq üçün Gravatar xidməti ilə bölüşə bilinər. Gravatar xidmətinin məxfilik siyasətinə bu linkdən keçid edə bilərsiniz: https://automattic.com/privacy/ .
Rəyiniz təsdiqləndikdən sonra profil şəkliniz ilə birgə vebsaytda yayınlanmağa başlayacaq.
Vebsaytımızda rəy yerləşdirdiyiniz təqdirdə öz adınızı, email adresinizi və vebsaytımızı çərəzlərinizdə saxlama üstünlüyünüz var. Bu, sizin növbəti rəylərinizdə rahatlığınız üçün nəzərdə tutulub və öz şəxsi məlumatlarınızı hər dəfə doldurmaq məcburiyyətinizi aradan qaldırır. Çərəzlər bir il müddətində aktiv olur.
Login səhifəmizi ziyarət etdiyiniz halda brauzerinizin çərəzləri qəbul edib-etmədiyini təyin etmək məqsədilə müvəqqəti çərəzlər göndərəcəyik. Bu çərəzlər heç bir şəxsi məlumat daşımır və brauzerinizi bağladığınız an ləğv olunurlar.
Səhifəmizə giriş etdikdə login məlumatlarınızı və monitor displey seçimlərinizi yadda saxlamaq üçün sizə bir neçə çərəz daha göndərilir. Login çərəzləri iki gün müddətinə, displey çərəzləri isə bir il müddətinə aktiv olur. Giriş edərkən “Məni Xatırla” düyməsini sıxsanız, girişiniz iki həftə müddətində davam edəcək. Hesabınızdan çıxış etdiyiniz təqdirdə, login məlumatlarınız ləğv olunacaq.
Əgər məqalə əlavə etsəniz və ya redaktə etsəniz, brauzerinizdə əlavə çərəzlər saxlanılacaq. Bu çərəzlər heç bir şəxsi məlumat daşımır, yalnız yenicə redaktə etdiyiniz məqalənin ID nömrəsini özündə əks etdirir və bir günlükdür.
Vebsayta şəkil yüklədiyiniz təqdirdə geolokasiya yerləşdirilmiş (EXIF GPS) şəkilləri yükləməkdən çəkinin.
Digər ziyarətçilər vebsaytdakı şəkli yükləyib geoloji məlumatlarınızı əldə edə bilərlər.
Bu vebsaytdakı məqalələrdə başqa vebsaytlardan kontentlər istifadə oluna bilər (məsələn, videolar, şəkillər, məqalələr və s.). Digər vebsaytlardan pərçimlənmiş kontentlər istifadəki sanki həmin vebsaytı ziyarət edirmiş kimi eyni vəziyyətdə işləyir.
Həmin vebsaytlarda profiliniz varsa və ya giriş etmişsinizsə, onlar sizin haqqınızda data toplaya, çərəzlərdən istifadə edə, əlavə üçüncü tərəf izləmə üsullarından istifadə edərək sizin həmin kontentlə qarşılıqlı əlaqənizi ölçə bilər.
Vebsaytda rəy bildirdiyiniz təqdirdə həmin rəy və onun metadatası sonsuz müddətə saxlanılır. Bunun səbəbi odur ki, biz rastgələ sıralama istifadə etməmək və növbəti rəylərin sırasını tanımaq üçün bu məlumatları istifadə etməliyik.
Vebsaytımızda qeydiyyatdan keçən izləyicilər olarsa, onlar öz profillərində özləri haqqında toplanmış məlumatları görə biləcəklər. Bütün istifadəçilər istifadəçi adından başqa öz şəxsi məlumatlarını görə, redaktə edə və silə bilərlər. Vebsite administratorları da həmin məlumatları görə və redaktə edə bilərlər.
Bu vebsaytda hər hansı hesabınız və ya yazılmış rəyiniz varsa, siz digər bütün məlumatlar da daxil olmaqla, öz bütün şəxsi məlumatlarınızı əldə etmək üçün müraciət edə bilərsiniz. Bizdəki hər hansı şəxsi məlumatınızın silinməsini də tələb edə bilərsiniz, lakin bura administrativ, hüquqi və ya təhlükəsizlik səbəbindən saxlamağa məcbur olduğumuz məlumatlar daxil deyil.
Ziyarətçilərin rəyləri avtomatlaşdırılmış spam təsbit edən xidmətə yoxlanılmaq üçün göndərilə bilər.