Instagram biznes profilimizdə post paylaşdığımız zaman onun maksimum izləyiciyə çatmasını hamımız istəyirik. Axı üzərində əziyyət çəkmişik. Axı biznesimiz üçün gəlir əldə etmək lazımdır.
İstənilən halda, özümüzə verməli olduğumuz bir neçə sual var. Postlarımızı həftənin düzgün günündə və günün düzgün saatında paylaşmaq üçün kalendarlardan istifadə edirik? Video və fotolarınız qaydasındadır? Auditoriyanızla aranızda kifayət qədər interaktivlik var?
1 milyarddan artıq aylıq aktiv istifadəçisi olan Instagram öz kontentinə, reklamlarına və fəaliyyətinə strateji yanaşanlar üçün nəhəng bir potensial müştəri kütləsinə sahibdir.
Söhbət marketinq potensialınızı son damcısına qədər istifadə etməkdən gedirsə, həm hədəf kütləniz üçün uyğun kontentin nə olduğunu, həm də postları nə zaman paylaşdıqda daha effektiv olduğunu bilmək üstünlükdür.
Bu yazımızda IG postlarınızla izləyicilərinizin diqqətini çəkmək üçün bir neçə ipucu və ən yaxşı paylaşım vaxtları haqqında danışacağıq.
Postun nə vaxt paylaşıldığının əhəmiyyəti varmı?
Bəli, postlarınızı hansı günlər və hansı saatlarda paylaşmağınız nəticələrə təsir edir. Doğru günü və saatı seçməklə postlarınızın daha çox insana çatmasına və onlardan daha çox geridönüş almağa nail ola bilərsiniz. Bununla da, daha geniş auditoriyalara çıxırsınız, brendinizi daha çox tanıdırsınız və biznesiniz üçün daha böyük gəlirlər əldə edirsiniz.
Bəs ən yaxşı vaxt hansıdır?
Bu sualın cavabı hədəf kütləniz, fəaliyyət sahəniz və həftənin günlərindən asılı olaraq dəyişir.
İnsanlar Instragram-a nə vaxt girirlər?
Statistik olaraq, insanlar platformaya daha çox aşağıdakı vaxtlarda daxil olurlar. Bu saatlar biznesinizin fəaliyyət sahəsindən asılı olaraq dəyişə bilər. İş vaxtından sonrakı saatlar da nisbətən aktiv saatlar hesab olunur. Baxmayaraq ki, işdən evə qayıdan kimi əksər insanlar istirahət və ailəyə vaxt ayırmağa çalışırlar, bəzən sosial mediada keçirilmək istənən 5-10 dəqiqə 2 saata qədər uzana bilir 🙂
Çərşənbə (3-cü gün) səhər saat 11-də
Cümə (5-ci gün) səhər saat 10 və 11-də
Instragram-da paylaşımlar üçün ən pis vaxt hansıdır?
Bəlkə də paylaşımlar üçün ən pis vaxtları bilmək daha faydalı məlumat olar. Bununla da önəmli postlarınızın heç kimin qarşısına çıxmadan tarixə qovuşmasının qarşısını ala bilərsiniz. Sözü uzatmadan ən pis vaxtlara da nəzər yetirək:
Bazar günü (Bir neçə araşdırmaların nəticələri göstərir ki, insanlar gün boyu minimal səviyyədə interaktivlik göstərirlər. Böyük ehtimalla, bunun əsas səbəbi insanların sosial platformalardan qopması, ailə və dostları ilə daha çox vaxt keçirməyə vaxt ayırmalarıdır.)
Hər gün üçün ən effektiv saatlar isə bu cürdür:
İndi isə daha detallı yanaşma ilə baxaq.
Baxmayaraq ki, paylaşımlar üçün yaxşı və pis vaxtlar var, bu vaxtlara uyğunlaşmaq daim mümkün olmur. Yenə də nəzərinizdə saxlayın ki, bu zamanların kənarında da postlardan yaxşı effekt almağınız mümkündür.
Bazar ertəsi üçün ən yaxşı saatlar
Bazar ertəsi post paylaşmaq üçün ən effektiv vaxt səhər saat 11-dən günortaya qədərdir.
Çərşənbə axşamı üçün ən yaxşı saatlar
Çərşənbə axşamı post paylaşmaq üçün ən effektiv vaxt səhər saat 11-dən günortaya qədərdir.
Çərşənbə üçün ən yaxşı saatlar
Çərşənbə günü post paylaşmaq üçün ən effektiv vaxt səhər saat 11-dən günortaya qədərdir.
Cümə axşamı üçün ən yaxşı saatlar
Cümə axşamı post paylaşmaq üçün ən effektiv vaxt günortadır.
Cümə üçün ən yaxşı saatlar
Cümə günü post paylaşmaq üçün ən effektiv vaxt səhər saat 11-dən günortaya qədərdir.
Şənbə üçün ən yaxşı saatlar
Şənbə günü post paylaşmaq üçün ən effektiv vaxt səhər saat 10-dan saat 1-ə qədərdir.
Bazar günü üçün ən yaxşı saatlar
Mütləq bazar günü post paylaşmalısınızsa, ən effektiv vaxt səhər saat 9-dan saat 4-ə qədərdir.
Kontent formatları üzrə ən yaxşı paylaşma vaxtları
Müxtəlif kontent formatları üzrə paylaşım vaxtlarını bilmək sosial media strategiyanızı daha effektiv etməkdə kömək edəcək.
Instagram feed hissəsində paylaşımlar üçün ən yaxşı vaxtlar
Çərşənbə (3-cü gün) səhər saat 11-də
Cümə (5-ci gün) səhər saat 10 və 11-də
IG reel-lər və IGTV üçün ən yaxşı vaxtlar
Bu formatlarda olan kontentləri bazar ertəsi (1-ci gün) və cümə axşamı (4-cü gün) axşamüstü saat 5-də paylaşmaq daha effektivdir.
Instagram-da canlı yayımlar açmaq üçün ən yaxşı vaxtlar
Canlı açmaq istəyirsinizsə, bunu həftəiçi hər gün ya günorta saatlarında, ya da axşam saat 7-dən 9-a qədər etmək tövsiyə olunur.
Instagram hekayələri üçün ən yaxşı vaxtlar
Canlı açmaq istəyirsinizsə, bunu həftəiçi hər gün ya günorta saatlarında, ya da axşam saat 7-dən 9-a qədər etmək tövsiyə olunur.
Fəaliyyət sahələri üzrə Instagram üçün ən yaxşı post paylaşma vaxtları
Şübhəsiz ki, zamanlamalar müxtəlif bizneslər üzrə müxtəlif ola bilir. Sizin üçün bir neçə biznes üzrə ən effektiv vaxtları paylaşırıq. Qeyd edək ki, bunlar ümumi yanaşmalardır və öz biznesiniz üçün ən yaxşı zamanlamanı test etməyi də unutmaq olmaz.
Pərakəndə satış
Pərakəndə satış sektorundasınızsa, postlarınızı çərşənbə axşamı (2-ci gün), cümə axşamı (4-cü gün) və cümə günləri (5-ci gün) paylaşmağı yoxlayın.
Media
Media və əyləncə sektoru üçün ən effektiv vaxtlar çərşənbə axşamı (2-ci gün) və cümə axşamı (4-cü gün) günortadan başlayaraq saat 3-ə qədərdir.
Hospitality
Yəqin ki, təəcüblü olmaz ki, bu sektor üçün ən effektiv zaman cümə günləri (5-ci gün) günortadır.
Texnologiya
Önəmli texnoloji kontentlərinizi çərşənbə axşamları (2-ci gün) saat 2-də paylaşmağa səy göstərin.
Qeyri-hökümət təşkilatları (QHT)
QHT-lər üçün ən effektiv vaxtlar çərşənbə axşamı (2-ci gün) saat 10:00 və ya 16:00-dır.
Təhsil
Təhsillə maraqlanan auditoriyalara cümə axşamları (4-cü gün) saat 16:00 və ya 17:00-da paylaşımlar göndərin.
Sağlamlıq və fitnes
Bu auditoriya isə postlara cümə axşamı (4-cü gün) və cümə günləri (5-ci gün) günorta saat 1-dən 3-ə qədər daha yaxşı geridönüş edir.
B2B (Biznesdən Biznesə satışlar)
Çərşənbə günləri (3-cü gün) səhər saat 11 isə B2B kontentlər üçün effektiv saatlar olaraq izlənir.
Qida
Qida və içki ilə maraqlanan auditoriyalarda cümə günləri (5-ci gün) günorta saatlarında edilən paylaşımlar ilə daha effektiv geridönüş almaq mümkündür.
Səyahət
Səyyahlar üçün Instagram-da post paylaşmaq üçün ən effektiv zaman cümə günləri (5-ci gün) saat 09:00-dan günorta saat 13:00-a qədərdir.
Instagram-da həftəlik neçə post paylaşmaq lazımdır?
Instagram hesabınızın sağlam və müsbət inkişafı üçün mütləq davamlı qaydada post paylaşmalısınız. Aşağıda sizlər üçün ən yaxşı ssenariləri paylaşsaq da, bu rəqəmlər biznesdən-biznesə və komandadan-komandaya dəyişir.
Detallı dəstək üçün sizə kömək etməyə həmişə hazırıq. Buraya klikləyərək Ödənişsiz Konsultasiya üçün elə indi özünüzə uyğun vaxt seçin.
İzləyici sayınızdan asılı olmaqla aşağıdakı tezliklə postlar paylaşmağınızı tövsiyyə edirik.
1000 izləyicidən daha az: Həftədə 7-14 post
İlk 1000 izləyici adətən çox çətin toplanır. Onlara sizi izləmək üçün tutarlı səbəblər verməlisiniz. Bu dövrdə bacardıqca sıx aralıqlarda postlar paylaşın.
Təbii ki, hər biznes üçün günlük 2 post paylaşmaq uyğun olmur. Bir çox məhsul satışı ilə məşğul olan bizneslər üçün bunu təmin etmək rahat olsa da, xidmət təklif edən bizneslər üçün bu, demək olar ki, mümkün deyil.
1000 – 10.000 izləyici varsa: Maksimum əhatəlilik üçün həftədə 5-10 post, maksimum geridönüş üçün isə həftədə 2 post paylaşın.
10.000+ izləyici sayı üçün isə: Həftədə cəmi 2 dəfə maksimum əhatəlilik və geridönüş üçün kifayət edir.
Ümumi olaraq isə nə qədər izləyicinizin olmasından asılı olmayaraq, həmişə dəyərli kontent paylaşmağa çalışın.
Keyfiyyəti kəmiyyətdən daha üstün tutun.